İraq ordusunun Hərbi Hava Qüvvələri Hit şəhərində İŞİD terror qruplaşmasının mövqelərini bombalayıb və onlarla terrorçunu öldürüblər.
Arannews- İraq ordusu Hərbi Hava Qüvvələri ölkənin müxtəlif bölgələrində İŞİD-in mövqelərini bombalayıblar.
Müştərək Əməliyyat Komandanlığı bildirib: Ordunun Hərbi Hava Qüvvələri Hit şəhərində İŞİD terror qruplaşmasının mövqelərini bombalayıb və onlarla terrorçunu öldürüblər.
İraq Ordusu Hərbi Hava Qüvvələri həmçinin Neynəva, Kərkük, Səlahəddin və əl-Anbar vilayətlərində terrorçuların mövqelərini bir neçə dəfə bombalayıblar. Bu əməliyyatda da onlarla İŞİD-çi öldürülüb və onların ağır və yarımağır silah anbarları məhv edilib.
İraqdan əldə olunan digər məlumata görə, Neynəva Vilayətinin Azad olunması Əməliyyat Komandanlığı bildirib: İraq ordusunun ağır artilleriyası Nəsr və Səbavi kəndlərində İŞİD-in mövqelərini məhv ediblər. Bu hücumlarda 15 İŞİD terrorçusu öldürülüb, onlarla terrorçu da yaralanıb.
İraqın xalq səfərbər qüvvələrinin sözçüsü Kərim əl-Nuri bildirib: Xalq səfərbər qüvvələri Kərkükün cənub-qərbində əl-Riyaz və əl-Rəşad arasında İŞİD-in dəstək xətlərini kəsiblər.