Tarix : 2016 Apr 10
Kod 48464

Qəzzə zolağında yaşayan fələstinlilər ağır vəziyyətidədilər

sionist rejim tərəfindən Qəzzə zolağının mühasirəsinin davam etməsi arzuolunmaz təhlükəli nəticələrə səbəb olacaq.
Arannews- Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentlik UNRWA Qəzzə zolağında fələstinlilərin ağır vəziyyəti barədə nigaranlıq edib.
UNRWA-nın Brüsseldəki direktoru Qam əl-Seyyid Buşak deyib: Qəzzənin vəziyyəti 65 il müddətinə ağır olmuşdur və Qəzzə sakinlərinin tələbi öz ailələri ilə birlikdə yaşaya biləcək sülhün gerçəkləşməsidir.
Sionist rejim tərəfindən Qəzzə zolağının mühasirəsinə son qoyulmasını vurğulayan Buşakın sözlərinə görə, bu mühasirənin davam etməsi arzuolunmaz təhlükəli nəticələrə səbəb olacaq.
Sionist rejim 2007-ci ilin ortalarından Həmasın Qəzzə zolağında iqtidara gəlməsi ardınca bu bölgənin mühasirəsini gücləndirib. Həmasın 2014-cü ildə iqtidardan çəkilməsi və Fələstin Milli Birlik hökumətinin təşkil olunmasına baxmayaraq, Qəzzə zolağının mühasirəsi hələ də davam edir.


  • Yazılıb
  • da (də) 2016 Apr 10
  • Göndərən مدير سايت Aran News