Arannews- Əfqanıstanda şiələr terror hücumları və adam oğurluğu kimi ciddi təhlükələrlə üzləşirlər. silahlı yaraqlılar şiələri oğurlayır və daha sonra onların ailələrindən övladlarının azadlığa buraxılması üçün külli miqdarda pul tələb edirlər.
Vəziyyət o qədər ağırdır ki,insanların öz şəhərlərindən digər şəhərə getməsi böyük problemə çevrilib.
İnsanlar oğurlanır və bəzilərinin azadlığı üçün 20 və ya 40 min dollar pul tələb olunur.
Ailələr övladlarının azadlığı üçün bütün var-yoxlarını satır və adam oğrularına verirlər. Bu da şiə ailələrini böyük iqtisadi çətinliyə salıb. Övladları qaçırılan və onların azadlığa buraxılmsı üçün adam oğrularına pul ödəyən ailələr hökumətdən yardım istəyir.