Türkiyə xarici işlər naziri, Türkiyə ilə Rusiya arasındaki münasibətlərdə müsbətə dəyişikliklər hiss etdiyini bildirib.
AranNews- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanı Türkiyəyə olan münasibətlərində müsbət dəyişikliklər hiss edir.
“Vurulmuş təyyarə ilə bağlı situasiya bilərəkdən yaradılmamışdı ki, bizim onlarda olan münasibətimizi pozsun. Və biz təyyarənin vurulmasına heç sevinməmişdik. Biz öz təəssüf və təziyyəmizi ən yüksək səviyyədə bildirdik”, – dəyə Çavuşoğlu bildirib.
Buna baxmayaraq, nazirin fikrincə, hələki Rusiya XİN Sergey Lavrovun Türkiyəyə mümkün səfəri haqda söhbət getmir. Türkiyəli nazir iddia edir ki, ölkəsi Rusiya ilə münasibətləri normallaşdırmaq üçün lazım olan bütün addımları atıb, və Rusiya tərəfi də hazır olanda, münasibətlər bərpa olunacaq.
“Və bir gün, bizim ölkələr arasında münasibətlər bərba olunanda, biz üz-üzə görüşə biləcəyik”, – deyə Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında ruslara məxsusu bombardmançı təyyarə, Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vurulub.
Onuda qeyd edək ki, Türk rəsmilər qırıcı vurulan zaman Rus qırıcılarının Türkiyə hava sahəsini pozacağı təqdirdə bir daha vurulacağını bildirmişdilər.