Mübariz ruhani Abgül Süleymanov ciddi rejimli cəza çəkmə müəssisəsinə köçürülüb.
AranNews- 11 il həbs cəzasına məhkum edilən, vicdan məhbusu, ilahiyyatçı Abgül Süleymanov ciddi rejimli cəza çəkmə müəssisəsinə köçürülüb.
Buna səbəb PX daxilində ona qarşı məhkəmə keçirilməsi və vaxtının 1 ay artırılaraq rejiminin dəyişdirilməsidir.
Qeyd edək ki, əvvəl ilahiyyatçı Abgül Süleymanov gücləndirilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində cəza çəkirdi. Yeni qərardan sonra, ruhaninin cəzası daha ağır rejim - ciddi rejimlə əvəz edilib. Lakin ruhaninin səhhətində ciddi problem yoxdur, bu yaxınlarda yaxınları ilə görüşə izin verilib və səhhətilə bağlı şikayəti yoxdur, amma hazırda ümumi müalicə alır. Hazırda ruhani 11 saylı CÇM-dədir.