Misir Qırmızı dənizdə olan stratejik Tiran və Sanafir adalarını Səudiyyə Ərəbistana bağışlayıb.
Arannews- Misir hökuməti elan edib ki, on illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.
Qeyd edək ki, bu adalar 1906-cı ildə Osmanlı İmpratorluğu və Britaniya arasında əldə olunan razılığa əsasən Misirə aiddir,lakin Səudiyyə Ərəbistan həmin adaların ona məxsus olduğunu iddia edirdi.
Tiran adasının 80 kvadratkilometr ərazisi var və Qırmızı dənizdə Tiran boğazında yerləşir. Sanafir adası da Tiran adasının şərqində yerləşir. Bu iki adalarıın stratejik olması ona görədir ki,Tiran adası işğalçı İsrail rejiminin Qırmızı dənizə çıxışı və ticari mübadiləsi üçün çox önəmli rol oynayır.
Misir 1967-ci ildə Altı günlük müharibə dövründə Tiran boğazını bağlamışdı. Misir hökuməti elan edib ki,Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.
Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir. Bu razılaşma Misirda bir çox siyasi fəallar və saiq parlament üzvlərinin etirazına səbəb olub. Onlar bu razılaşmanı tənqid ediblər. Onlar Sisinin qanunsuz hökumətini milli sərvətləri qorumamaqdavə tarixi hüquqları pozmaqda ittiham edir və razılığı qanunsuz adlandırırlar.