Azərbaycan və Ermənistan, Qarabağ konfliktindən yaxa qurtarmaq üçün atdığı müxtəlif addımlarının yanında İran İslam Respublikasının potensiallarından da qafil olmamalidilar.
AranNews- Konfliktlərin tarixi və idarə olunması barədə araşdırmalar göstərir ki, regional münaqişələrin həll olunması həmin regionun güclü və nüfuzlu ölkələrinin potensiallarından istifadə etməkdən asılıdır. Bu imkanlardan münasib istifadə etməmək münaqişələrin uzanımasına, sabitsizliyin davam etməsinə səbəb olur.
Qafqaz regionu böhranlı və qeyri-sabit məntəqələrdən hesab olunur. Məntəqədə hər gün qarşıdurmaların artması, ərazi və sərhəd ixtilafı bir tərəfdən, ekstremis və terrorçu qrupların hərəkətlərinin artması digər tərəfdən bu məntəqəni diqqət mərkəzinə çevirmişdir. Bu üzdən məntəqədə sabitlik yaratmaq, hər cür gərginliyin qarşısını almaq çox zəruridir.
Cənubi Qafqazda müstəqilliklərinin ilk günlərindən Azərbaycan və Ermənistan ölkələrinin üzləşdiyi Qarabağ konflikti regionun ən mühüm münaqişələrindən hesab olunur. Bu çərçivədə müxtəlif vasitəçilər münaqişəyə daxil olmuşdur və onların arasında ən mühüm vasitəçi Minsk qrupu olmuşdur. Amma sözü gedən qrup Qarabağ münaqişəsini həll edə bilməmişdir. Minsk qrupunun münaqişənin həllində uğursuzluğunun bir çox səbəbləri vardır. Bu barədə məqaləmizdə söz açmaq üçün macal olmadığından xülasə şəkildə demək olar ki, Azərbaycan-Ermənistan arasında gərginliyin olması və davam etməsi Minsk qrupu ölkələrinə üzv olan bəzi ölkələrin maraqlarını təmin edir və bu amil səbəb olmuşdur ki, sözü gedən qrupa üzv ölkələr məsələni dinc yolla həll etmək niyyətində olmasınlar. Bundan əlavə, regionda iki mühüm ölkələr olan İran və Türkiyəyə diqqət etməmək, onların məntəqə hadisələrində təsirli rolundan qəflətdə qalmaq, bu ölkələrin Minsk qrupunda üzv olmaması qeyd olunan qrupun uğursuzluğun digər səbəblərindəndir.
İran İslam Respublikası regionda mühüm və təyinedici güclərdən biridir və dünya ölkələri, o cümlədən qərb ölkələri, hətta Amerika dəfələrlə, İranın regionda baş verən ixtilaf və gərginliklərin həllində inkaredilməz rolunu etiraf ediblər.
Qarabağ münaqişəsini həll etmək üçün İran İslam Respublikasının potensiallarından bəziləri bunlardan ibarətdir:
1. Münaqişə tərəfləri ilə münasibətlərdə imtiyaza malik olması, Ermənistan və Azərbaycan ölkələrinin hər ikisi tərəfindən məqbul olması.
2. Münaqişə tərəflərinin hər ikisi ilə qonşuluq və həmsərhədlik imtiyazına malik olmaq; belə ki, hər iki ölkənin müxtəlif aspektlərdən, xüsusilə də ərazi cəhətindən İran İslam Respublikasından diqqəti çəkən asılılığı vardır. Azərbaycan və Ermənistan bir növ İranın idarəçiliyinə bağlıdır.
3. İran regionun əsas güclərindən olaraq onun balansında təyinedici rola malikdir. Bu mövzuda Suriya, İraq, Yəmən, Bəhreyn ölkələrinin böhranlarındakı konstruktiv rolunu nümunə göstərmək olar. İran, vasitəçilik və münaqişələrin həlli gücünə malikdir. Tacikistanın daxili ixtilaflarının həllini buna misal göstərmək olar.
4. İslam Əməkdaşlıq Konfransı, Qoşulmamalar Ölkələri Forumunun və EKO kimi mühüm təşkilatların üzvüdür.
5. Qafqaz regionunda siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, hətta mədəni aspektlərdən güclü təsirə malik, ən böyük və ən güclü ölkə olan Rusiya ilə yaxşı münasibətlərə malikdir.
Araşdırmalar göstərir ki, gələcəkdə İran İslam Respublikası gücünün artmasına və özünün xüsusi geopolitik durumuna görə regionun siyasi, təhlükəsizlik, mədəni və iqtisadi sahələrində təsirli, üstün rol ifa edəcək. Sözsüz, Qafqaz da fasiləsiz bir məntəqə olmaqla, İranın ciddi diqqət etdiyi məntəqələrdəndir. Ona görə də Azərbaycan və Ermənistan ölkələri Qarabağ konfliktindən yaxa qurtarmaq üçün atdığı müxtəlif addımlarının yanında İran İslam Respublikasının potensiallarından da qafil olmasınlar, münaqişənin həlli üçün onun hər cür imkanlarını nəzərdə saxlamalıdırlar. Aydındır ki, bundan qeyri surətdə münaqişə tərəfləri konfliktin uzanımasının, özlərinin insani və maddi sərmayələrinin hədərə getməsinin şahidi olacaqlar.