Tarix : 2016 Apr 12
Kod 48486

Erməni general: "Azərbaycan ordusunu zəif bilməyin"

Dağlıq Qarabağda gedən döyüşlər göstərdi ki, dünyanın ən müxtəlif ölkələrində yaşayan ermənilər Azərbaycana qarşı vuruşmağa hazırdır və əmr gözləyirlər.
AranNews- "Dağlıq Qarabağda gedən döyüşlər göstərdi ki, dünyanın ən müxtəlif ölkələrində yaşayan ermənilər Azərbaycana qarşı vuruşmağa hazırdır və əmr gözləyirlər. Döyüşlər zamanı Ermənistanla yanaşı, dünyanın bir çox ölkələrindən könüllülərin ön cəbhəyə can atması da buna bariz misaldır".
Ermənistanın tanınmış hərbçilərindən biri, "Kommandos" ləqəbi ilə tanınan genaral Arkadi Ter-Tadevosyan dünyanın müxtəlif ölkələrində yaşayan bütün erməni genarallara və hərbi ekspertlərə müraciət edib. O, Ermənistanda yeni, könüllülərdən ibarət hərbi birləşmələrin yaradılmasını, habelə hazırda Ermənistanda fəaliyyət göstərən hərbi məktəblərdəki kursantlara yeni, mütərəqqi hərbi biliklərin tədrisini təklif edib.
Ter-Tadevosyan Xankəndidə keçirdiyi mətbuat konfransında deyib: "Artıq dünyanın ən müxtəlif ölkələrindən gələrək Azərbaycana qarşı vuruşmaq istəyən könüllülərin təşkilatlanmasına, idarə olunmasına, koordinasiyasına və yönləndirilməsinə ehtiyac duyulur. Təklifimə xaricdəki bəzi erməni generallar səs veriblər, razılaşıblar. Erməni xalqı indi ölüm-dirim məsələsi ilə üzləşib. Azərbaycan ordusunu zəif bilməyin. Azərbaycana qarşı müqavimət göstərmək üçün erməni xalqı birləşməlidir".
Aprelin 1-də Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayandan sonra Ermənistan ağır itkilərə məruz qalıb. Azərbaycan ordusunun mövqelərinə hücuma keçən ermənilər qətiyyətli cavab alandan sonra əks-hücuma məruz qalıblar və mövqelərini qoyub, qaçıblar.
  • Yazılıb
  • da (də) 2016 Apr 12
  • Göndərən مدير سايت Aran News