Tarix : 2016 Apr 12
Kod 48488

Əfqanıstanda terror akti baş verib

Əfqanıstanda terror akti nəticəsində 12 nəfər şəhid olub, 38 nəfər isə yaralanıb.
AranNews- Əfqanıstanın Nəngərhar əyalətində törədilən partlayışda 12 nəfər şəhid olub, 38 nəfər isə yaralanıb. Şəhid olanlar və yaralananlar arasında sivil əhalinin olduğu da bildirilir.
Bu partlayış Əfqanıstanın Nəngərhar əyalətində yerləşən Sərxord şəhərində, hərbi bir avtomobilin qarşısında törədilib.
Şahid ifadələrinə əsasən partlayış üç təkərli bir motosikletin hərbçiləri daşıyan avtobusa çırpılması nəticəsində baş verdiyini bildiriblər.
Talibanın sözçüsü Zəbihullah Mücahid Nəngərhar əyalətinin mərkəzi olan Cəlalabad şəhərinin yaxınlığında törədilən bu terror aktının məsuliyyətini üzərinə götürüb.
Əfqanıstan cari ilin əvvəlindən hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında ağır döyüşlərin şahididir.
Nəngərhar əyaləti Pakistan ilə sərhəd məntəqədə yerləşir və Əfqanıstanın ən səbatsız məntəqəsi sayılır. Taliban və İŞİD terrorçuları zaman-zaman bu məntəqədə qanlı terror aktları törədirlər.


  • Yazılıb
  • da (də) 2016 Apr 12
  • Göndərən مدير سايت Aran News