Tarix : 2016 Apr 13
Kod 48490

İranın Azərbaycanı dəstəkləməsi haqda indiyədək açıqlanmamış məqamlar + Video

"Qarabağ Münaqişəsində Son Hadisələrin Araşdırılması" elmi konfransı universitet alimləri, ekspert, jurnalist və media fəallarının iştirakı ilə Təbrizdə keçirilib.


AranNews-
"Qarabağ Münaqişəsində Son Hadisələrin Araşdırılması" elmi konfransı universitet alimləri, ekspert,  jurnalist və media fəallarının iştirakı ilə Təbrizdə keçirilib.
Qafqaz məsələləri üzrə ekspert Məhəmmədrza Kəffaş Cəmşid sözügedən elmi konfransında Qarabağ münaqişəsini İran İslam Respublikasının maraqları baxımından təhlil edib və ölkəmizin bu münaqişəyə daxil olmasını fundamental və ideologi maraqlar baxımından təkid edib.


İranın Azərbaycanı dəstəkləməsi haqda indiyə qədər deyilməyənlər
İranın qonşuıarı arasında baş verən Qarabağ münaqişəsinin tarixinə toxunan ekspert deyib: "Qarabağ müharibəsində İran İslam Respublikasının Azərbaycan Respublikasını himayə etməsi haqqında fakt-sübut və sənədlər milli təhlükəsizlik məsələlərinə görə açıqlanmamışdır və yalnız onun çox cüzi hissəsi mediaya sızmışdır. Bu məsələ bəzi şübhələrə və suistifadələrə yol açmışdır".
Kəffaş, İranın hərbi məsləhətçilərinin Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətini, Azərbaycan qüvvələrinə hərbi təlimlər verməsini, hərbi dəstəyini və İran hökumətinin Azərbaycanın müharibə köçkünlərinə dostcasına köməklərini bu himayələrdən bir nümunə adlandırıb və bunu İran İslam Respublikasının iftixar sənədi kimi tənqid edib.
Ekspert, İnqilabın Böyük Rəhbəri Ayətullah Xameneinin aşkar mövqei və bir neçə dəfə erməniləri məhkum etməsi, İranın vasitəçilik rolunu bu münaqişədə İranın Azərbaycana siyasi dəstək verməsində ən yüksək sübutlar adlandırıb. Həmçinin deyib ki, İran diplomatlarını aparan təyyarənin Qarabağ seperatçıları tərəfindən vurulması da Qarabağ münaqişəsində İranın Azərbaycanı dəstəklədiyinə görə ödədiyi bahadır.
Cənab Kəffaş ötən həftə ərzində Müqəddəs Müdafiə döyüşcülərindən bir qrupunun Azərbaycan xalqına ünvanladığı açıq məktubunu, imam cümələrin, İslami Şura Məclisinin nümayəndələrinin Azərbaycan  xalqını müdafiə etməsini, İslam torpaqlarını azad etmək üçün Qarabağ müharibəsində iştirak etməyə hazır olduqlarını elan etmələrini İranın digər iftixarları adlandırıb.

Qarabağ konfliktinin davam etməsində güclü ölkələrin maraqları
Son qarşıdurmanın başlanmasının ilk anlarından müharibənin davam edə bilməyəcəyinin ehtimal edilməsini bildirən Kəffaş əlavə edib: "Münaqişə tərəflərinin heç biri müharibəyə hazır deyillər. Azərbaycan dövləti neftin qiymətinin və milli pulun dəyərdən düşməsinə görə daxili sabitsizlik və ictimai narazılıqla qarşılaşıb. Ermənistan da atəşkəsdən sonra 22 il boyunca iqtisadi blokadada qalıb və çox ağır iqtisadi durumdadır".
O artırıb: "İstər biz bu məntəqədə öz xəlvət həyatındakı maraqlarının ardınca olan Rusiyanın məsələyə müdaxilə etməsi fərziyyəni qəbul edək, istər İranın sərhədlərini təhlükəli vəziyyətə salmaq və Rusiyanı üçüncü müharibəyə çəkmək istəyən Türkiyənin müdaxiləsi fərziyyəsini qəbul edək, istərsə də digər regional oyunçunun roluna diqqət edək; super-güc ölkələr və oyunçular münüqişənin kəskinləşməsi ilə müxalifdirlər. Amma bir tərəfdən də konfliktin sona yetməsini istəmirlər və münaqişəni dondurmaqla daim imtiyaz almaq ardıncadırlar".
Qafqaz məsələləri üzrə ekspert açıqlayıb: "Son toqquşmalar barədə İran İslam Respublikasının hakimiyyətinin mövqei işğalı pisləyən prinsiplərə uyğundur".

Son toqquşmada Azərbaycanın qismən qələbəsi
Ekspert, son toqquşmalarda Azərbaycan Respublikasının qismən qələbəsini, işğal altında olan ərazilərindən bir hissəsini qaytarmasını, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsini 1991-1993-cü illərdəki məğlubiyyəti və təhqir olunmasından sonra özünə güvənin qayıtmasına səbəb olacağını bildirib.

Azərbaycan Respublikasının dövlət xadimlərinə tövsiyələr
Qafqaz məsələləri üzrə ekspert İranın Qarabağ münaqişəsi ilə neçə yüz kilometrlik sərhədinə işarə edərək bunu ölkəmiz üçün mühüm məsələ adlandırıb və bu münaqişənin gələcəyi haqda deyib: "Münaqişənin güclü oyunçularının sülh əldə etmək üçün ciddi niyyətləri olmayınca, sülhün yaranmasının mümkünlüyü zəifdir".
O vurğulayıb: "Azərbaycanın dövlət rəsmilərinin ötən 22 il müddətində Qarabağ münaqişəsi ilə bağlı mükəmməl və güclü strategiyası olmayıb, özünün bütün potensiallarını və mənbələrini səfərbər edə bilməyib. İslamçıların cihad yanaşması ilə Qarabağ müharibəsində iştirak etməyə və ölkələrinin torpaqlarını azad etmək üçün hazır olmasına baxmayaraq dindarların repressiyası, islamçı lederlərin həbs edilməsi Azərbaycan dövlətinin öz daxili potensiallarından faydalana bilməməsinin bir nümunəsidir".
Kəffaş əlavə edib: "Türkiyə, xüsusilə də İran məntəqənin güclü ölkələri olaraq Qarabağda ədalətli sülhə nail olmaq üçün böyük potensiallara malikdir. Münaqişənin həllində İslam dünyasının bu potensiallarından istifadə etmək lazımıdr".

İran İslam Respublikasının ilk və son mövqei: "Qarabağ İslam torpağıdır"
Qafqaz və Anadolu məsələləri üzrə ekspert, jurnalist və yazıçı Mehdi Nalbəndi konfransın davamında çıxış edərək Azərbaycanın dövlət rəhbərlərinin və ümumi fikrin meylinin az olmasını Qarabağ münaqişəsinin uzanımasının və İslam torpaqlarının bu ərazisinin azad olunmamasının səbəbi adlandırıb.
O, hər bir münaqişədə İran İslam Respublikasının mövqeinin işğalla barışmamaq və məzlumu müdafiə etmək olduğunu qeyd edərək deyib: "Qarabağ münaqişəsində bizim ilk və son mövqeimiz Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin buyurduğu "Qarabağ İslam torpağıdır" mövqedir".
Jurnalist əlavə edib: "Qarabağ münaqişəsinin pərdəsi arxasında dayanan tərəfləri konfliktin həll olunmasında maraqlı deyillər. Çünki regionun iki güclü ölkəsi İran və Türkiyə olduğu bir yerdə Minsk qrupunun müzakirələrə irəli aparmasına yer yoxdur".
M. Nalbəndi deyib: "Bu günləri Pakistandan tutmuş İsrailə qədər Qarabağ münaqişəsindən pay istəyirlər. Halbuki, münaqişənin həlli yolu onun erməni-azəri olmasındadır".
İran İslam Respublikasının Azərbaycan xalqına dəstəyinə toxunan jurnalist deyib: "Qarabağın geri alınması üçün İran, Azərbaycana geniş şəkildə dəstək vermişdir. Bu günləri İran generallarının Qarabağ xatirələrinin açılmasının vaxtı çatmışdır. Çünki azərbaycanlılar həqiqətlər barədə daha çox bilmək üçün susamışdır".
Qarabağ münaqişəsinin əhəmiyyətinin ölkəmizin bəzi rəsmiləri üçün kifayət qədər aydın olmamasını qeyd edən jurnalist əlavə edib: "Azərbaycanın şiələrinin islami və regional münasibətlərdə danılmaz payları vardır. Ona görə də biz münaqişədə tamamilə tərəfsiz mövqe tuta bilmərik. Çünki ideoloji baxımdan Qarabağın İslam torpaqlarına aid olmasına inanclıyıq və işğalı pisləyirik".

Müharibə heç kimin xeyrinə deyil
Nalbəndi vurğulayıb: "Qarabağda müharibə və toqquşmaların kəskinləşməsi nə Azərbaycanın xeyrinədir, nə Ermənistanın, nə də məntəqənin. Ona görə də İran qarşıdurma tərəflərini təmkin göstərməyə dəvət edir".
Təbrizli jurnalist Qarabağ müharibəsində Azərbaycan qüvvələridən həlak olanlara şəhid statusunun verilməsi, Azərbaycanda İslam müqaviməti ruhunun yenidən canlanması adlandıraraq deyib: "Azərbaycanın azad fikirli insanları Minsk qrupundan naümid olublar. Amma Qarabağı geri almaq üçün İslam ölkələrinin və İranın roluna ümid bağlayırlar".
O, çıxışının sonunda Qarabağın azad olunacağına ümidvar olduğunu qeyd edərək deyib: "Ümidvaram ki, Qarabağı geri alınması ilə Şuşada azan səslənsin və camaat namazına sıra bağlayaq".
Qarabağ münaqişəsinin oyunçuları: İran və Türkiyədən tutmuş, Amerika və İsrailə qədər
Konfransın digər natiqi Təbriz Universitetinin elmi heyətinin üzvü, betnəlxalq münasibətlər və politologiya elmləri kafedrasının müdiri doktor Rəcəb İzədi Qarabağda son toqquşmalar barədə beynəlxalq mülahizələri izah edib.
Politoloq Amerika, Rusiya, ATƏT, Türkiyə, İsrail və İranı Qarabağ münaqişəsinin əsas təsirli oyunçuları adlandıraraq deyib: "Böyük güclər heç vaxt münaqişənin dərhal həll olması ardınca deyillər".
Universitet alimi Amerikanın Rusiya və İranla münasibətlərindəki mülahizələrə toxunaraq deyib: "Amerika bu münaqişənin bitməsini istəmir. Rusiyanın da konfliktin həll olmasını istəməməsinin çoxlu səbəbləri vardır".
O əlavə edib: "Sülhə nail olmaq üçün Minsk qrupu öz cəhdlərini artırmalıdır".
Qarabağ münaqişəsində İsrailin roluna toxunan politoloq deyib: "Qarabağ münaqişəsində İsrailin rolunu nə şişirtmək, nə də görməməzliyə vurmaq olmaz".
İzədi deyib: "İranın bu münaqişədə ən azından milli təhlükəsizlik baxımından maraqları vardır. Bunu qarşıdurma tərərləfinə bildirmək lazımıdır. Cənubi Qafqazın atmosferi ölkəmizin diplomatiyası və elitası tərəfindən daha artıq araşdırılmalıdır. Digər münaqişələrdə rol ifa etmək bizi bu münaqişədən kənarda qalmağımıza səbəb olmamalıdır".
O, təhlilinin davamında deyib: "Fəal oyunçuların çoxu bu qarşıdurmanın bitməsini öz xeyirlərinə görmürlər. Bununla belə toqquşmaların kəskinləşməsini istəmirlər".
Politoloq vurğulayıb: "İran İslam Respublikası işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasını istəyir".
R. İzədi son toqquşmalarda İranın atəşkəs yaranması üçün ciddi təlaşını və tərəfləri təmkin göstərməyə dəvət etməsini İranın öz mövqeinə bağlı qalması kimi dəyərləndirib, Qarabağın da Krım və Suriya kimi Rusiya və Amerikanın üz-üzə gəldiyi nöqtə olmamasını arzu etdiyini deyib. Həmçinin vurğulayıb ki, İsrail ünsürlərinin, yaxud digər təsirli oyunçuların münaqişəni qızışdıracaq addım atması mümkün olduğundan məntəqənin təhlükəsizliyinə görə Türkiyənin də İranla qədim münasibətləri çərçivəsində əməkdaşlıq edəcəyinə ümid edir.
Natiq çıxışının sonunda 1990-cı illərdə Qarabağ müharibəsində İranın Azərbaaycana göstərdiyi dəstəklərini də xatırladaraq deyib: "Azərbaycanın həm xalqı, həm də dövləti bunu çox yaxşı bilirlər".
Elmi konfransın xitamında ekspertlərin iştirakı ilə sual-cavablar olundu.
Universitet alimi və Azər-Aran Mədəniyyət və Araşdırmaları Mərkəzinin idarə heyətinin direktoru doktor Məhəmməd Əli Mütəfəkkirazad, Təbriz Universitetinin Tarix və Mədəniyyət Mərkəzinin direktoru doktor Məhəmmədəli Pərğu, Təbriz Azad İslam Universitetinin politologiya üzrə müəllimi doktor Cəmşid Rad, Təbriz Universitetinin tarix müəllimi doktor Rəhim Nikbəxt, Qafqaz və Anadolu məsələləri üzrə ekspertlər Möhsin Məhəmmədzadə və Həmid Qüdsiazər, KİV fəalları Səxavət Xeyirxah, Puya Xoşpeyman, Şəhriyar Şəfiyi, Ramin Nizamixah və Məhəmməd Söhrani, mədəniyyət fəalı və universitet alimi doktor Ruhullah Mütəfəkkirazad Azər-Aran Mədəniyyət və Araşdırmalar Mərkəzində keçirilən "Qarabağ Münaqişəsində Son Hadisələrin Araşdırılması" elmi konfransında iştirak ediblər.
  • Yazılıb
  • da (də) 2016 Apr 13
  • Göndərən مدير سايت Aran News