Rusiyalı politoloq Sergey Markedonov hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsini Kemp-Devid sazişi nümunəsində həll etmək olar.
AranNews- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov artıq bəyan edib ki, sttaus-kvonun guya uzun müddəttə saxlanacağını “güman etmək sadəlövhlükdür”.
Baki rəsmisinin bəyanatı heç də təəccüblü deyil. İndiki status-kvo Azərbaycan üçün qətiyyən yolverilməz haldır. Bu haqda daim və lap çoxdan bildirilir. Yəqin ki, diplomatik səylər bundan sonra da silahlı insidentlərlə növbələşəcək. Lakin o demək deyil ki, durum hökmən müharibəyə çevriləcək. Hərbi əməliyyata başlamaqdan ötrü ehtiyat və üstünlüklər lazımdır. Bunlar yoxdursa, sadəcə münaqişəliliyin mümkün plankasını birtəhər qaldıracaq və bundan nə çıxacağına baxacaqsınız. Ona görə də mən burada qabaqcadan verilmiş mütləq göstəriş görmürəm.
Müharibə təkcə tanklar və silah deyil. Çağdaş dünyada həm də informasiya savaşı, lobbiçilik üsulları və s. var. Bu münaqişə “proxy war” (vasitəli müharibə-red.) kateqoriyasına aiddirsə, onu spiralvari uzatmaq olardı. Burada isə haradasa kəsişən, haradasa üst-üstə düşən xeyli müxtəlif maraqlar görürük. Və son günlərin göstərdiyi kimi, Rusiya ilə Ermənistanın, Türkiyə ilə Azərbaycanın maraqlarında eyniyyət yoxdur.
Vəziyyəti mümkün qədər status-kvo durumunda çox saxlamaq. Lakin belə durum sonsuzluğa qədər davam edə bilməz. Lakin axı bu cür bölüşdürmə Azərbaycanı açıq şəkildə qane etmir, deməli, durum mütləq bu cür silahlı toqquşmalara yuvarlanacaq.
Lap əvvəldən dediyim tezisi bir daha təkrar edə bilərəm: bunun üçün müəyyən nöqtədə kəsişən bütün resurslara sahib olmaq gərəkdir. Bu cür durumu təkcə Dağlıq Qarabağla bağlı müşahidə etmirik. Məgər Yaxın Şərqdə kimsə hansısa zaman çərçivələrini qeyd edir? Rusiyada, Qərbdə postsovet münaqişələrinə sürətlə həll etmək mümkün olan problem kimi yanaşırlar. Lakin əslində, bu cür mühakimələr üçün səbəblər azdır. Axı tarixi hamımız öyrənmişik. Böyük dövlətlər dağılarkən onların təməlində münaqişələrin, xofun, vahimənin üzdüyü yeni milli qurumlar meydana çıxır. Hansısa sehrbazın bir, ya iki ilə bunları həll edə biləcyini güman etməyə əsas haradan əmələ gəlib? Mən bunu görmürəm.
Bu əvvələr də var idi, indi də gedir. Bəs Dmitri Medvedyev İrəvanda və Bakıda danışıqlar aparmırdısa, nə ilə məşğul olurdu? Lakin danışıqlar prosesi yalnız Azərbaycanla Ermənistan müəyyən məsələlərdə güzəştə getməyə hazır olduğunu bildirəndə nəyəsə gətirib çıxarda bilər. Amma indiki anda tərəflrədən heç biri bu addıma getmir. Başqa oyunçulara gəlincə, münaqişə edən tərəflərə bir yerdə təsir etmək üçün kritik həmrəyliyə malik deyillər. Rusiya, ABŞ, Türkiyə və İran razılıq əldə edilməsi gərəkən çərçivələri həmrəyliklə işarələsəydi və müqavilə olmasa, müəyyən əməliyyatların olacağını bildirsəydi, nəticə olardı. Lakin mən hələlik burada da güzəştlərə hazırlıq görmürəm. Ona görə də biçimlənmiş durum pislə ən pis arasında seçimdir. Bu gün Rusiyanı hey ittiham edirlər ki, biz münaqişəni saxlamaq istəyirik. Amma indiki vəziyyətdə sadəcə, durumu ən pis ssenaridən kənarlaşdırmaq istəyirik, çünki hələlik ən yaxşısı yoxdur. Bir də axı münaqişəni necə həll etmək olar ki, birinci növbədə onun birbaşa iştirakçıları buna hazır deyil? Hələlik hətta güzəştlərin çərçivələri də hazırlanmayıb.
O, müxtəlif dedi-qodu və şərhləri ehtiva edən tamamilə ziddiyyətli və çiy sənəddir. O, ciddi sülh nizamlaması üçün təməl deyil. Onda eyni zamanda həm Azərbaycanın ərazi bütövlüyündən, həm də bu ərazi bütövlüyünü dərhal şübhə altına qoyan DQR-in statusu ilə bağlı referendumdan danışılır. Sülh formulıu son dərəcə sadə olmalıdır. İdeal nümunə 1978-ci il Kemp-Devid sövdələşməsidir: Misir məcburi qaydada İsraili tanıdı, İsrail öz növbəsində ordunu Sinaydan çıxardı və onu Misirə verdi, lakin bununla belə, yarımada silahsızlaşdırılmış bölgəyə çevrildi. ABŞ o zaman inkişafa nail ola bilən qüvvə oldu. Qarabağda bir tərəfin səyləri ilə uğura yetmək mümkün olmayacaq. Deməli, müəyyən konsensus işləyib hazırlayan və münaqiaşə tərəflərinə təklif edən dövlətlərin hansısa konserti lazımdır.
Bu gün dünyada hətta oyun qaydaları da yoxdur. Hazırda dünyada hamının razılaşmadığı, lakin güzəştli qərarlara da çıxa bilmədiyi əzablı şəraitdə yeni dünya düzəni biçimlənir. Mənim fikrimcə, analitik cəmiyyətin böyük problemi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Ukraynadakı münaqişə kimi diskret şəkildə nəzərdən keçirilir. Onları ümumi kontekstlərə sığışdırmırlar. Lakin axı durum boşluqda inkişaf etmir. Minsk qrupunun iştirakçıları öz diplomatik işlərindən ayrı hərətəkt edə bilmirlər: Ceyms Uorlik ancaq Rusiya və Qafqaza münasibətdə Amerika hökumətinin ona verdiyi şablonlar üzrə işləyir, İqor Popov isə ancaq Moskvanın sahib olduğu hüdudlar daxilində fəaliyyət göstərir. Və Minsk qrupunun özü Rusiya-Amerika və Rusiya-Avropa münasibətlərinin ümumi kontekstindən kənarda var ola bilmir.
Çox tez-tez hesab edirlər ki, ya müharibə, ya da sülh durumu var. Lakin hələ xeyli aralıq variantlar var: nə sülh və nə də müharibə, aşağı intensivlik və güclənmə. Qatilliyin yaxşı sülh həllinə alternativ olduğu hökmən vacib deyil. Bir yığın aralıq variantlar var. Bilmirəm, niyə status-kvo mütləq pisdir. Status-kvonun pozulması nəticəsində yaxşı sülh deyil, tamdəyərli müharibə əldə etmək olar.
İndiki halda ilk emosiyalara uymamaq vacibdir. Bütün ölkələrin maraqları obyektiv şəkildə müxtəlif yönlərə malikdir. Məsələn, həkim və müştərinin ümumi məqsəd və vəzifələri var, lakin maraqları eyni deyil. Müttəfiq və tərəfdaşlarla da durum eynidir. Bir-biri ilə vuruşan iki ölkə var. Həm də hər biri Rusiya üçün özünəməxsus şəkildə önəmlidir. Moskva bu durumda düşmənlik edən tərəfləri danışıqlar masası arxasına oturtmağa cəhd etməlidir. Hətta bu danışıqlar heç nəyə səbəb olmayacaq və istisnasız şəkildə təqlid olacaqsa, müharibədənsə bu yaxşıdır. Şübhəsiz, Azərbaycan bizim üçün ikinci Gürcüstan olmamalıdır. Onu itirməkdən qaçmaq lazımdır. Həm də Azərbaycan Gürcüstandan xeyli güclüdür Və arxasında mövqelərinin Dağıstana qədər güclənməsi heç də ən yaxşı variant olmayan Türkiyə var. Azərbaycana sərt şəkildə reaksiya verməyə və yamanlamağa həmişə vaxtımız var. Tarazlaşdırılmış mövqe tutmaq və Baklı ilə Ankara arasındakı ziddiyyətlərlə oynamaq daha önəmlidir. Ermənistana gəlincə, tamamilə aydındır ki, qarşılıqlı fəaliyyət zərurəti var. Ola bilsin, KTMT əsasında çoxtərəfli deyil, daha çox ikitərəfli olacaq. Lakin bu münasibətdə də dəyişikliklər ola bilər. Axı seçim böyük deyil. Başa düşmək lazımdır ki, NATO da Qarabağ münaqişəsinin həll variantını təklif etmir. Ən azı, İrəvana əlverişli olanını.