Bağdadda terror akti nəticəsində bir qrup sivil şəhid olub.
Arannews- Bağdadın cənubunda terror partlayışı nəticəsində bir qrup sivil şəhid olub və yaralanıb.
Bağdadın cənubundakı Durə və Əmin məntəqələrində baş verən iki terror partlayışı nəticəsində üç nəfər şəhid olub, on nəfər də yaralanıbdır.
İraq ordusunun İŞİD-ə qarşı uğurlarından sonra Bağdad ötən aylarda terror hücumlarının artmasının şahidi olubdur. Bununla belə, İraqın ordusu və xalq qüvvələri "Bağdad" adlı əməliyyatda bu şəhər ətrafındakı məntəqələri terrorçulardan təmizləməkdədirlər.