Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda bildirib ki, Kaduna əyalət rəsmilərinin şiələrin kütləvi qırğını və gizlin dəfn edilməsi haqqındakı etirafları bu cinayətləri törədənlərin mühakiməsi üçün önəmli addımdır.
Arannews- Beynəlxalq Amnistiya Təşkilatı Nigeriyada şiələrin qirğin və gizlincə dəfni məsələsini araşdırmağı tələb edir.
Beynəlxalq Amnistiya Təşkilatı bəyanat yayıb və elan edib ki, Nigeriyada Kaduna əyalətinin rəsmiləri hesab edir ki, ordu qüvvələri şiələrlə qarşıdurmada 100-lər insanı şəhid edib və bir o qədər insanı da yaralayıblar, həmçinin 347 nəfərin cənazəsini gizli formada kütləvi məzarlıqda dəfn ediblər.
Məlumatda bildiriir ki, Kaduna şəhər başçısını müavini Balarab Laval şiələrin kütləvi qırğını ilə bağlı keçirilən məhkəmədə deyib ki, dekabr ayındakı qarşıdurmadan sonra şiələrin cənazələri ordu qarnizunundan çıxarılıb kütləvi məzarlıqda dəfn edilib. Beynəlxalq Amnistiya Təşkilatı öz bəyanatında bildirib ki, Kaduna əyalət rəsmilərinin şiələrin kütləvi qırğını və gizlin dəfn edilməsi haqqındakı etirafları bu cinayətləri törədənlərin mühakiməsi üçün önəmli addımdır. “Hazırda lazımdır müstəqil araşdırma komitəsi yaradılsın, kütləvi məzarlıqlar tapılsın və araşdırma aparılsın.”
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının şəhid olduğuni elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə şəhid edilib.
Cari ilin yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən şəhid edilib, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.