Livanda terror akti nəticəsindaə Fələstinin "Fəth" hərəkatının məsullarından biri şəhid olub və digər iki nəfər yaralanıb.
Arannews- Livanın "Eynul-Həlvə" qərargahında baş verən terror partlayışı zamanı "Fəth" hərəkatının məsulu şəhid olub.
Livanın Seyda şəhərinin "Eynul-Həlvə" qərargahı yaxınlığında bomba qoyulmuş maşının partladılması zamanı Fələstinin "Fəth" hərəkatının məsullarından biri şəhid olub və digər iki nəfər yaralanıb.
Şəhid olunan məsulun adı "Fəthi Zeydan" olub. Hadisə yerində digər 3 cəsəd də tapılıb ki, onlardan biri sivil vətəndaşdır və digərinin isə hələ şəxsiyyəti məlum edilməyib.
Hələlik hadisənin məsuliyyətini heç kəs üzərinə götürməyib.