Tarix : 2016 Apr 14
Kod 48505

Ermənistan münaqişənin həllində başqa vasitəçi istəmir

Ermənistan XİN: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində başqa vasitəçi istəmir.
AranNews- bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan özünün «Facebook» səhifəsində yazıb.
Məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Mİnsk qrupu məşğuldur və digər qurumlar bu səyləri yalnız dəstəkləyə bilərlər.
Bundan öncə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin XİN rəhbərlərinin iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, İƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı əlaqələndirici qrupun yaradılması barədə qərar qəbul edilib.
  • Yazılıb
  • da (də) 2016 Apr 14
  • Göndərən مدير سايت Aran News