Azərbaycanda islamçı kəsim bu ölkə üçün təhdid deyil, əksinə çox böyük potensialdır və dövlət lazım olan surətdə ölkəni müdafiə etmək üçün bu kəsimdən faydalana bilər.
AranNews- Azərbaycan camiəsinin ictimai, mədəni, siyasi, hərbi, təhlükəsizlik ölçüləri olan hətta, iqtisadi əhəmiyyət daşıyan və xalq üçün böyük narahatlığa çevrilən ən mühüm mövzularından biri Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasıdır.
Qarabağ mövzusunda tarixə ötəri nəzər saldıqda məlum olur ki, müxtəlif dövrlərdə bu məntəqədə qarşıdurmalar yaranmış, Ermənistan və Azərbaycan arasında qanlı toqquşmalara gətirib çıxarmışdır. Hazırkı dövrdə də toqquşmalar iki tərəf arasında insan ölümlərinə, ölkənin müxtəlif sahələrinə böyük ziyanların dəyməsinə səbəb olmuşdur.
Bu zəminədə Azərbaycanın müxtəlif siyasi, partiya, hərəkat və qanadlarının dəyərləndirilməsi çox önəmli hesab olunur. Belə ki, Qarabağda son müharibə barədə siyasi partiyaların, hərəkatların, müxtəlif dini, ictimai qanadların mövqe və fikri, onların vətənpərvərliyinin hansı həddə olmasını sübut edir. Bu arada Azərbaycanın dini kəsiminin fəaliyyət kitabı özünü daha çox göstərir və təqdirəlayiqdir. Mən nümunə olaraq onlardan bir neçəsinə xülasə şəkildə toxunmaq istərdim:
- Azərbaycan İslam Partiyasının bəyanatı; Ermənistanın təcavüzünü məhkum etməklə yanaşı vətəni qorumağın lüzumuna təkid etmiş, Azərbaycanın ordusunu və qüvvələrini qəhrəman adlandırmışdır.
- Azərbaycan ruhanilərinin bəyanatı; ölkənin hərtərəfli müdafiə olunmasına təkid etmişdir.
- DEVAMM-ın bəyanatı; Azərbaycan ordusunun hərəkətlərini dəstəkləmişdir.
- İslamçı məhbusların bəyanatı; Qarabağın azad olunması üçün ön cəbhədə döyüşməyə hazır olduqlarını elan etmişdir.
- Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin bəyanatı; Azərbaycan orudusunu dəstəklədiyini bildirmişdir.
Son qarşıdurmalar barədə digər partiya və qanadların əməlini islamçıların hərəkəti ilə müqayisə etdikdə görürük ki, vətənpərvərlik iddiası edən bir çox partiya, qurum və hərəkatlar islamçılarla müqayisədə elə də nəzərə çarpan və lazım olan mövqe göstərməyiblər.
Belə nəzərə gəlir ki, Qarabağın azad olunması üçün Azərbaycan dövlətinin diqqət etməsi lazım olan əsas yol son hadisələr kimi həssas zamanlarda öz vətənpərvərliyini sübuta yetirmiş caminənin müxtəlif qrup və kəsimləri ilə milli birlik və barışdır. Dini kəsimin son qarşıdurmalar barədə məqalədə işarə olunan mövqe və hərəkətləri onların vətənpərvərliyinin ən yüksək həddə olmasını, düşmənin təhdidləri qarşısında öz vətənlərini himayə etmələrini sübuta yetirir.
Qeyd olunan məsələni araşdırmaq yaxşıca göstərir ki, Azərbaycanda islamçı kəsim bu ölkə üçün təhdid deyil, əksinə çox böyük potensialdır və dövlət lazım olan surətdə ölkəni müdafiə etmək üçün bu kəsimdən faydalana bilər. Ona görə də son durum Azərbaycan dövlətinin islamçı kəsimə qarşı siyasətinin dəyişməli olduğunu göstərir. Belə nəticəyə gəlmək olar ki, hakimiyyətin düşmənçilik yanaşmasını kənara qoyaraq, barış siyasətini tutmasının, ölkənin irəliləyişində, düşmənin təhdidlərindən müdafiə olunmaqda islamçıların danılmaz baza və potensialından istifadə etməyinin vaxtı çatmışdır.