Putin: Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhvəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır.
AranNews- “Mənə elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Çox həssas mövzudur. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur”.
bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən deyib.
O bildirib ki, güzəşt tapılmalıdır: “Mənə elə gəlir ki, biz hələ bir neçə il əvvəl hər iki tərəfə sərf edən güzəşti tapmışdıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik.
Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Söhbət milyonlardan gedir. Tanrıya şükürlər olsun ki, Rusiyada belə problem yoxdur. Bundan savayı, bilirəm ki, Rusiyadakı azərbaycanlı və ermənilər baş verənlərdən sonra da şəxsi münasibətlərini qoruyub saxlayırlar. Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhvəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır”.