Tarix : 2016 Apr 15
Kod 48514

Türkiyə vətəndaşlarının İmam Rzanı(ə) ziyarət etməsi sadələşdirilir

Türkiyənin İranın Məşhəd şəhərindəki baş konsulu, Türkiyə vətəndaşlarının İmam Rza(ə)-ın məqbərəsini ziyarət etmək üçün Məşhəd şəhərinə səfərlərinin sadələşdirilməsindən xəbər verib.
AranNews- Türkiyənin İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanının mərkəzi olan Məşhəd şəhərindəki baş konsulu Türkiyə vətəndaşlarının İmam Rza(ə)-ın məqbərəsini ziyarət etmək üçün Məşhəd şəhərinə səfərlərinin sadələşdirilməsindən xəbər verib.
Mehmet Doğan cümə axşamı İmam Rza(ə)-ın məqbərəsində olarkən deyib: İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) nəvələrindən olan İmam Rza(ə) Türkiyə xalqı üçün hörmətə layiq bir şəxsiyyətdir və Türkiyə xalqı onun məqbərəsini ziyarət etməyə böyük maraq göstərirlər.
Türkiyənin Məşhəd şəhərindəki baş konsulu İmam Rza(ə)-ın məqərə kompleksində olaraq, o həzrətin məzarını ziyarət edib, daha sonra, kompleksin müxtəlif bölmələrinə o cümlədən muzeyə, sərgi məkanına və konfrans zalına baxış keçirib.
  • Yazılıb
  • da (də) 2016 Apr 15
  • Göndərən مدير سايت Aran News