Arannews- Misirin müxtəlif şəhərləri o cümlədən paytaxt Qahirə, Cizə və İsgəndəriyyə şəhərlərinin sakinləri küçələrə axışaraq, Tiran və Sənafir adalarının Ərəbistana verilməsinə etiraz ediblər.
Ərəbistan kralı Salman bin Əbdüləzizin Misirə səfəri zamanı Əssisi hökuməti Misirin Qırmızı dəniz və Əqəbə körfəzində yerləşən Tiran və Sənafir adalarını Ərəbistana verdiyini elan etdi.
bu etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya səbəb olub.
Müxtəlif xalq hərəkatları xüsusi ilə də 6 Aprel və Müsəlman Birliyi hərəkatları strateji əhəmiyyətə malik olan bu iki adanın Ərəbistana verilməsinə etiraz ediblər.