Arannews- Fransanın baş naziri Manuel Vals, ölkə universitetlərində hicabın qadağan olunmasını təklif edib. Manuel Vals deyib ki, müsəlman xanım-tələbələrin yaylıq taxması qanunvericilik səviyyəsində qadağan olunmalıdır: “Biz bu işi görməliyik, lakin konstitusiyada olan qanunlara əsasən bu qadağanın reallaşmasını çətin işdir. Dövlət rəsmiləri dünyəvilik qanunlarının təhsil ocaqlarında həyata keçməsi üçün ciddi addımlar atmalıdır.”
Nazirin bəyanatı mübahisələrə səbəb olub. Təhsil naziri Vallo-Belkasem Najat müsəlman xanımların müdafiəsinə durub. Xanım nazir hesab edir ki, bu cür qadağa “vicdan və din azadlığı” qanununa əsasən yolverilməzdir.
"Tələbələr yetkinlik yaşına çatıblar. Buna görə hicabdan istifadə etmək hüququna malikdirlər. Ölkəmizdə bununla bağlı heç bir qadağa yoxdur.”, - deyə nazir bildirib.
Hicab barəsində olan məsələ eks-prezident Nikola Sarkozinin zamanında aktiv şəkildə müzakirə olunurdu. Universitet rəhbərlikləri həmişə müsəlman tələbələrin müdafiəsinə qalxırdılar
Fransanın baş naziri Manuel Vallsın ölkə universitetlərində hicabın qadağan olunmasını istəməsi, ölkənin yenidən qarışmasına səbəb olub.