Tarix : 2016 Apr 16
Kod 48518

İraq ordusundan terrorçulara qarşi ağir zərbələr

İraq ordusu 1000 dən artıq terrorçunu məhv edib.
Arannews- İraqın Hərbi Əməliyyat Komandanlığı Hit şəhərinin bütünlüklə düşməndən geri alındığını bildirdi. “İŞİD yaraqlıları tamamilə bu şəhərdən çıxarılıblar”.
Hit şəhəri İraqın əl - Ənbar əyalətində yerləşən strateji məntəqədir.
Hərbi Əməliyyat Komandanlığı yayımlaığı bəyanatla elan etdi: Qüvvələrimiz İŞİD terrorçularını bütünlüklə qovaraq Hit şəhərini işğaldan azad etdilər. Düşmənə ağır zərbələr vuruldu, maddi və insan tələfatına məruz qoyuldu.
Hərbi Əməliyyat Komandanlığının Baş Qərargah rəisi İsmail Əl - Muhavi bu döyüş əməliyyatı ilə bağlı dedi: Hit şəhərinin tamamən azad edilməsi Əməliyatinda 1000 dən artıq terrorçu məhv edildi. İŞİD - ə məxsus terror akı törətmək üçün hazırlanmış partlayıcı maddələrlə dolu avtomobillər də sürücüləri ilə birlikdə məhv edildi.


  • Yazılıb
  • da (də) 2016 Apr 16
  • Göndərən مدير سايت Aran News