Tarix : 2008 May 26
Kod 4852

TÜRKİYƏDƏ PARTLAYIŞ BAŞ VERİB

dəmir yolu relslərində yerləşdirilən mina, Türkiyənin şərqindəki Bingül vilayətində müsafir daşıyan qatarın istiqamətində baş verib
Turky Servisi/Aran Agentliyi
Türkiyənin şərqində bir dəmir yolunda bir minanın partlaması bir neçə vaqona  xəsarət vurub amma itki yoxdur.
Frans Pressin Ankaradan verdiyi məlumata əsasən, dəmir yolu relslərində yerləşdirilən mina, Türkiyənin şərqindəki Bingül vilayətində müsafir daşıyan qatarın istiqamətində baş verib.
Türkiyənin Nəqliyyat Nazirliyi bildirib ki, minanın partlaması qeyd edilən qatarın 33 vaqonından beşinə xəsarət vurub. Amma insan tələfatı yoxdur.
Türkiyə dövlətinin məsul şəxsləri PKK-nı qeyd edilən partlayışın günahkarı kimi bilirlər. PKK üsyançılarının fəaliyyəti 1984-cü milad ilindən indiyə qədər 38 mindən çox insan tələfatına səbəb olub. PKK bir terrorçu təşkilatdır ki, bir çoxları belə inanırlar ki, Amerika ondan Türkiyənin hazırkı hökumətinə təzyiq buraxmaq üçün bir vasitə kimi istifadə edir.
  • Yazılıb
  • da (də) 2008 May 26