Amerikanın Daily caller agentliyi Rusiyanın S-300 zenit-raket kompleksləri İrana verildikdən sonra İsrail və Ərəbistanın İranın qarşısında tam acizliyindən yazır.
AranNews- ABŞ, Rusiya ilə İran arsında bu müamiləyə mane olmaq üçün bütün variantlardan istifadə etsə də, sonda İran diplomatiyası qalib oldu.
İranla Rusiya arasında bağlanmış müqaviləyə əsasən S-300 zenit-raket kompleksləri Tehrana təhvil verilir. İran XİN-nin rəsmisi Caberi Ənsari S-300 komplekslərinin birinci partiyasının müdafiə nazirliyi tərəfindən təhvil götürüldüyünü bildirib.
Moskva və Tehran arasında 2007-ci ildə bağlanmış müqaviləyə əsasən Rusiya İrana 5 ədəd S-300 divizionu satmalı idi. 2010-cu ildə BMT TŞ-nin İrana ağır silahlar satışına qadağası ilə S-300-lərin satışı ləngidi. İran müqaviləni yerinə yetirmədiyinə görə Rusiyadan 4 milyard dollar təzminat tələb etdi. Yalnız bundan sonra Moskva raket komplekslərini Tehrana təhvil vermək qərarına gəldi.