Sionist rejim məhbəslərində fələstinli xəstə əsirlər pis vəziyyətdə saxlanılırlar
Arannews- Fələstinin rəsmi mənbələri sionist rejim məhbəslərində fələstinli xəstə əsirlərin pis vəziyyətindən xəbər veriblər. 17 aprel- fəlsətinli əsir günü münasibətilə verilən rəsmi statistikalar göstərir ki, sionist rejim məhbəslərində 1700 fələstinli xəstə əsir saxlanılır və onlardan 25 nəfər xərçəng xəstəliyinə tutulubdur.
Bu məlumata görə, sionist rejim başçıları fələstinli xəstə əsirlərə müalicə icazəsi verməyərək, sakitləşdirici dərmanlar verməklə kifayətlənirlər.
Fələstinli Əsir Hərəkatının statistikalarına əsasən, haızrda sionist rejimin iyirmi iki zindan və təcridxanasında yeddi mindən çox fələstinli həbsdədir.
Fələstinli əsirlər arasında 67 qadın, 400 uşaq, altı parlament üzvü var. Bundan başqa, 700 fəlsətinli əsir də qanunsuz surətdə və heç bir ittiham irəli sürülmədən və mühakimə olunmadan həbsdədir.