Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Ali-Səudun İslam ölkələrinin birlik və həmrəyliyini hədəfə alan siyasətlərini tənqid edib.
AranNews- Akif Heydərli İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinə işarə edib və deyib: Bu iclasda Ərəbistanın ötən illər ərzində Yəmən və Suriyada yol verdiyi cinayətlərə və təkfirçi qruplaşmaları himayə etməsinə görə qınağa tuş gəlməsi gözlənilirdi. Amma, təəssüflər olsun ki, bu baş vermədi. Əksinə, səudiyyəlilərin şeytanlığı üzündən bu iclasda İran əleyhinə addımların şahidiyik.
A.Heydəlri İslam ölkələri arasındakı təfriqəni işğalçı İsrail rejiminin və Qərb dövlətlərinin istəyi adlandırıb və müsəlmanları bu fitnə qarşısında ayıq olmağa çağırıb.
Azərbaycan İslam Partiyasının sədr müavini Ərəbistanın Livan Hizbullahını terrorçu qələmə vermək üzrə səylərinə işarə edərək, Hizbullahın müsəlman xalqlar arasında böyük imic qazanmasının Ali-Səudun nigaranlığına səbəb olduğunu bildirib.
A.Heydərli əlavə edib: Ərəbistanın bu hərəkəti İsrailin mənafeyinə xidmət edir. Amma, İslam ölkələri başçıları bilməlidirlər ki, Hizbullh sadəcə Livan deyil, bütün Ərəb və İslam dünyasının heysiyyətini qoruyur. Hizbullah sübut etdi ki, Fələstini azadlığa aparan yeganə yol müqavimətdir.