Tarix : 2016 Apr 17
Kod 48527

Müsəlman gəncin fədakarlıqi

Britaniyada müsəlman gənc yaşlı kişini qarətdən xilas etdi.
Arannews- Britaniyanın Mançester şəhərində Müsəlman gənc 72 yaşlı kişini qarətdən xilas edib
Mançesterli 20 yaşlı Saif Uddun, 72 yaşlı kişini qarət olunmaqdan xilas edib. Böyük qardaşı ilə yol ilə gedən Saif, evlərdən birinin qarət edildiyini görüb.
müsəlman gənc oğrunun arxasınca qaçaraq onu tutmağa müvəffəq olaraq polis əməkdaşları gələnə kimi oğrunu saxlayıb.
Oğru, təqaüdçü kişinin evindən bank kartları, mobil telefon, çanta, radio, pul qutusu və nəğd pul oğurlayıbmış. Saifin vaxtında verdiyi reaksiya nəticəsində, oğurlanmış bütün əşyalar yiyəsinə qaytarılıb.
“Mən sadəcə düşündüm ki, mənim də ailəmin başına belə bir iş gələ bilər... Yaşlı kişi tamamən titrəyirdi. Mənim ona yazığım gəldi. Onun əli göyərmişdi və onun bank kartlarını oğurlamışdılar... Hələ də inana bilmirəm ki, oğru yaşlı bir insanı qarət edib...” – Mançester universitetinin teologiya fakultetində təhsil alan Saif  Uddin bildirib.

  • Yazılıb
  • da (də) 2016 Apr 17
  • Göndərən مدير سايت Aran News