Tarix : 2016 Apr 17
Kod 48530

Erməni qadınları Azərbaycana qarşı müharibəyə hazırlaşırlar

Ermənistan hökuməti Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü qadınlar hazırlayır.


AranNews-
bu barədə jurnalist Tiqran Petrosyanın Almaniyanın “Tageszeitung” qəzetində dərc edilmiş məqaləsində deyilir. Bir həftə öncə Ermənistanın paytaxtında 18-30 yaş arası 170 könüllü üçün hazırlıq kursları açılıb, könüllülərin əsas hissəsi qızlardır. “Qadınlar da orduda xidmət etməlidirlər”, – kursların rəhbəri və məşqçi Vova Vardanov bildirib.

Dağlıq Qarabağ müharibəsinin 50 yaşlı veteranı Vardanov orduda İsveçrə və ya sionist rejimin modelinin tətbiqinin tərəfdarıdır, bu modelə görə, qadınlar da orduda xidmət etməlidirlər.“Biz etiraf etməliyik ki, Azərbaycan Ermənistandan daha müasir silahlara sahibdir. Bizdə sovet ordusundan qalanlardır”, – orduda islahatların aparılmasının tərəfdarı olan Vardanov bildirib.
İrəvandakı rejimin yeni təşəbbüsü hakimiyyətin nəzarətindəki media tərəfindən "vətəpərvər qızların döyüş istəyi" kimi qələmə verilsə də, ermənilər bunu birmənalı qarşılamayıblar. Hətta iş o yerə çatıb ki, Sarkisyan iqtidarı şərəfsizlikdə, insanların hisslərindən sui-istifadədə suçlanıb.
Qarabağdakı son hərbi əməliyyatlardan Rusiyanın xəbəri olub, amma bunun qarşısını almaq üçün heç nə etməyib: "Hətta Azərabycanın öz addımlarını Rusiya ilə koordinasiya etdiyi də istisna olunmur. Rusiya özünü bizə müttəfiq, qardaş ölkə adlandırır. Lakin son hadisələr bu "qardaşlıq və müttəfiqlik" bəyanatlarının mənasız olduğunu göstərdi. Ermənilər ayılmalı, Rusiyaya bundan sonra da kor-koranə inanmamalıdır".
Ermənistan ümumi məcradan kənara çıxan, daha doğrusu, çıxarılası ölkədir. Ermənistan dünyanın yeganə ölkəsidir ki, qadın vətəndaşlarını işğal olunmuş ərazilərə sırf təbliğat məqsədilə yollamağı düşünür və ölkə rəhbərliyi də bu qadınların ölməsini, həlak olmasını, "ən pis halda" ağır yaralanmasını istəyir. Çünki məqsəd qadınlarla kişilər arasında gender bərabərliyi prinsiplərindən qaynaqlanan hərbi xidmət tənasüblüyü amilinin reallaşdırılması yox, Dağlıq Qarabağda nəyin bahasına olursa-olsun, həlak olmuş erməni qadın faktını reallaşdırmaqdır.
Belə fakt İrəvana ölkədəki ruh düşkünlüyü, ermənilərin "qardaş və müttəfiq" saydıqları ölkələrin onlara arxa çevirmələri, Ermənistan hakimiyyətinin aqressiv və şovinist siyasətinin ölkəyə hansı bəlalar vəd etdiyini anlayan ölkə vətəndaşları arasında ümidsizliyə bürünmüş pasifisizmin artmasının qarşısını almaq üçün gərəkdir.
Lakin "erməni qadın hərbçi", yəni Serj Sarkisyanın "haxçi zinvoritutyun" adlandırdığı təbliğat ünsürünün İrəvana nə dərəcədə kömək edəcəyi çox şübhəlidir. Kişi cinsinə mənsubların səngərlərindən qaçdığı orduda qadınların nə edəcəyi elə ermənilərin özlərinə də maraqlıdır.
  • Yazılıb
  • da (də) 2016 Apr 17
  • Göndərən مدير سايت Aran News