Rusiyadakı erməni iş adamlarına Qarabağ separatçılarınayardım etmək qadağan olundu.
AranNews- Qarabağın dəstəklənməsi üçün vəsait toplanmasının elə ilk günündən aydın oldu ki, erməni əsilli Rusiya iş adamları yerlərindən tərpənmək fikrində deyillər». Ermənistanın «Joxovurd» qəzeti belə yazır.
«Rusiya hakimiyyət nümayəndələrini və xüsusilə də, prezident Vladimir Putini, çox güman ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində dörd günlük müharibədən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yüksəlməsi və ölkə rəhbərliyinin Rusiyanı Azərbaycana silah satmaqda birbaşa günahlandırması əsəbiləşdirib.
Moskvadakı iş adamlarından qəzetimizə daxil olan bilgilərə əsasən, Rusiya hakimiyyət dairələri erməni əsilli varlı insanlara eyham vurublar ki, Ermənistana maddi yardım göstərəcəkləri təqdirdə onların gələcək fəaliyyətlərində problemlər yarana bilər. Başqa sözlə, erməni əsilli rusiyalı iş adamları seçim qarşısında qalıblar: Qarabağa maddi yardım göstərmək, yaxud «göstəriş»ə əməl etmək? Göründüyü kimi, onlar ikinci variantı seçiblər», – qəzet belə qeyd edir.