Tarix : 2016 Apr 17
Kod 48535

Təbriz-Bakı-Təbriz aviareysi bərpa olunacaq

Əbülfəsl Qarayev: Təbriz-Bakı-Təbriz aviareysinin bərpa olunması ilə bağlı danışıqlar aparıldı və Azərbaycan tərəfi bu reysin bərpasına müsbət yanaşır.
AranNews- Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəsl Qarayevlə aparılan danışıqlarda Təbriz-Bakı-Təbriz aviareysinin bərpa olunması ilə bağlı danışıqlar aparıldı və Azərbaycan tərəfi bu reysin bərpasına müsbət yanaşır.
bunu İranın Mədəni irs, Turizm və Əl işləri Təşkilatının Şərqi Azərbaycan bölgəsi üzrə nümayəndəliyinin direktor müavini Əhməd  Həmzəzadə deyib.
Ə.Həmzəzadə deyib ki, Bakı və Təbriz arasında turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıyıq və bu sahədə səylərimizi davam etdiririk.
Onun sözlərinə görə, Təbriz şəhəri 2018-ciildə İslam Ölkələrinin turizm paytaxtı seçilib və biz turizmin inkişafı sahəsində mövcud maneələri aradan qaldırmağa çalışırıq.
Qeyd edək ki, indiyədək Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar bir neçə dəfə baş tutsada sonradan həmin uçuşların dayandırılması səbəbləri açıqlanmayıb.
Yanvar ayında Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənki demişdi ki, İran Təbriz-Bakı-Təbriz və Məşhəd-Bakı-Məşhəd aviareyslərinin İran aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycana müraciət edib.
  • Yazılıb
  • da (də) 2016 Apr 17
  • Göndərən مدير سايت Aran News