Arannews-İraq ordusunun ölkənin qərbindəki Ənbar vilayətində İŞİD-ə aid olduğu bir pilotsuz kəşfiyyat təyyarəsini vurduğu və 20 terrorçunu öldürdüyü bildirilib.
Ənbar Əməliyyatları komandiri İsmayıl Əl-Mihlavi açıqlama verərək, ordu qüvvələrinin Ramadinin şimalındakı Əl-Ciraşi bölgəsində İŞİD-ə aid bir pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu bildirib.
Mihlavi həmçinin, Ramadinin şərqindəki beynəlxalq avtomobil yolu üzərində yerləşən Əlbu Abid və Əlbu Bali rayonlarında 15, Fəllucənin şimalındakı Əs-Saklavi mahalı ilə cənub-qərbindəki Əlbu Hərat bölgəsində də 5 İŞİD yaraqlısının öldürüldüyünü ifadə edib.