Arannews- Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin şimalında Sədə vilayətini bir daha qadağan olunmuş bombalarla hədəfə alıblar.
Ərəbistan qırıcı təyyarələri Küveytdə Yəmən Sülh Danışıqları ərəfəsində və atəşkəsi bir daha pozaraq Sədə vilayətinin Minbə rayonunda səs bombalarından istifadə ediblər.
Səs bombaları güclü səs şüaları yaradaraq insanda qorxu və orqanizmin daxili xəsarət almasına səbəb olur.
Belə bombalar bir neçə metrlik əhatədə insanlara ağır xəsarətlər vura və müvəqqəti və ya daimi karlığa səbəb ola bilər.
Bundan öncə də Ərəbistan qırıcıları Yəmənin Sədə vilayətinin müxtəlif rayonlarında kasset bombalardan istifadə etmiş və nəticədə onlarla sivil şəhid olmüşdi və yaralanmışdır.
Bazar günü Ərəbistan muzdlularının ağır arsenalı atəşkəsi pozaraq Couf vilayətinin Meton rayonun müxtəlif bölgələrini atəşə tutub.
Yəmənin cənubunda Ədəndə də bomba quraşdırılmış avtomobilin partladılması 4 yəmənli hərbçinin şəhid olmasi ilə nəticələnib.