Tarix : 2016 Apr 18
Kod 48543

Gömrük generalının gizli dərman biznesi

Azərbaycanda ən gəlirli biznes sahələrindən biri də xaricdən ölkəyə dərman idxalıdır.
AranNews- Ölkədə dərman biznesinin məmurların inhisarında olduğu şübhə doğurmur. Xaricdən alınan 2-3 dollara alınan dərmanların yerli bazarda 20-30 manata reallaşdıran məmurlar belə gəlirli bizneslə adi adamların məşğul olmasına hər vəhclə mane olurlar. Bu sahədəki inhisarçılıq dərmanların qiymətində də özünü göstərməkdədir. Kasıb və yoxsul əhali məcburiyyətdən məmur-oliqarxların ölkəyə idxal etdiyi keyfiyyətsiz dərmanları baha qiymətə almaq məcburiyyətində qalırlar.
Səhiyyə Nazirliyinin isə bu sahədə qiymətləri aşağı salmaq cəhdləri də nəticəsiz qaldı. Səbəb isə sözügedən məmur oliqarxların bu sahədəki biznes marağıdır. Onlar gəlirlərinin azalmasına heç bir vəhclə imkan vermirlər.
Dərman biznesi ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı bir məlumat əldə edib. Məlum olub ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki əsas adamı, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkəyə qaçaq yolla, yəni gömrük rəsmiləşdirilməsi aparmadan böyük həcmdə dərman preparatları gətirir. Bakı Gömrük İdarəsində bu işə İlqar (soyadını dəqiqləşdirə bilmədik – red.) adlı şəxsin birbaşa nəzarət etdiyi bildirilir. Bakı Gömrük İdarəsinin əməkdaşı olan İlqarın ölkəyə gətirdiyi keyfiyyətsiz dərmanların satılması prosesinə də birbaşa rəhbərlik edir. .
Məlumatda bildirilir ki, Vüsal Novruzovun xaricdən gətirdiyi dərmanları gömrük məntəqələrində yoxlanılmamış ölkəyə buraxılır və Dövlət Sərhəd Xidməti isə bunlara göz yumur. Halbuki Vüsal Novruzov dərman idxalı ilə məşğul olmasını hakimiyyətdəki məlum dairələrdən gizlətdiyi də iddia olunur.
Məlumatda bildirilir ki, Vüsal Novruzovun Azərbaycana gətirdiyi dərman preparatlarının əksəriyyəti Avropada tibbi məqsədlər üçün istifadə edilmir, apteklərdə isə satılmır. Belə ki, gömrük generalının ölkəyə gətirdiyi dərmanlar əsasən qidalanmaq üçün istifadə olunan həblər təşkil edir. Və həmin həblər Azərbaycanda apteklərdə məcburən satılır. Ayda bu biznesdn 10 milyonlarla dollar əldə edən gömrük generalının bu pullar hesabına özünə bahalı villalar və avtomobillər aldığı da bizə çatan məlumatlar sırasındadır.
Mənbə bildirir ki, Tarif Şurasının elan etdiyi dərmanların siyahısıda Vüsal Novruzovun ölkəyə gətirdiyi heç bir həbin adı salınmayıb. Çünki Vüsal Novruzov böyük ustalıqla ölkəyə gətirdiyi dərmanların Səhiyyə Nazirliyinin diqqətinə düşməməsi üçün bütün mümkün variantlara əl atır.
Vüsal Novruzovun dərman biznesi ilə bağlı araşdırmalarımız davam edir. Növbəti yazılarda İlqar adlı Bakı Gömrük İdarəsinin əməkdaşının həmin dərmanları hansı apteklərdə satması barədə detallı məlumat verməyə çalışacağıq./aztoday/
  • Yazılıb
  • da (də) 2016 Apr 18
  • Göndərən مدير سايت Aran News