Tarix : 2016 Apr 18
Kod 48545

İmam Muhəmməd Təqinin(ə) mövlud günü mübarək

Bu gün İmam Muhəmməd Təqinin(ə) dünyaya göz açdığı gündür.
Arannews- Bu gün 10 rəcəb İmam Muhəmməd Təqinin(ə) mübarək təvəllüdü günüdür.
İmam Məhəmməd Təqi (ə) 195-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya gəlmiş və əziz atası 8-ci imam İmam Rzanın (ə) şəhadətindən sonra müsəlmanların rəhbərliyi məsuliyyətini üzərinə götürmüşdür.
İmam Məhəmməd Təqinin (ə) mübarək ləqəbi Cavaddır və Təqi isə onun ən məşhur ləqəblərindən biridir.
İmam Cavadın (ə) imamlığı dövründə müxtəlif islam və qeyri-islam firqələri inkişaf etmiş və digər xalqlar elmlər və fənnlərə xüsusi diqqət yetirmişdilər. Buna görə dünya şiələrinin 9-cu imamı elmi və inanc məsələlərinə daxil oldu və müxtəlif dinlərdən olan müxaliflərlə münazirədə ilahi sərmayə ilə imamlığı qorudu.
İslami İran xalqı İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümü günündə, müqəddəs məkanlar, xüsusilə də şiələrin 8-ci imamı İmam Rzanın (ə) pak ziyarətgahında şənliklər təşkil edir.
Arannews olaraq İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edirik.


  • Yazılıb
  • da (də) 2016 Apr 18
  • Göndərən مدير سايت Aran News