İraq ordusu qırıcı təyyarələri İŞİD terror qruplaşmasının Mosulun qərbində Təl-Əfər bölgəsindəki əlaqə və həssas mövqelərini hədəfə alıblar. 
  Arannews- İraq ordusu qırıcı təyyarələri İŞİD terror qruplaşmasının Mosulun qərbində Təl-Əfər bölgəsindəki əlaqə və həssas mövqelərini hədəfə alıblar. Nəticədə Mosulda İŞİD terror qruplaşmasının mövqeləri məhv edilib və çoxlu sayda terrorçu öldürülüb.İraqdan əldə olunan digər məlumata əsasən, əl-Anbar Vilayəti Əməliyyat komandanı İsmayıl Məhlavi bildirib: İraq qüvvələri Ər-Rəmadinin şimalında yerləşən Cərayişi bölgəsində keçirdiyi əməliyyatda 4 terrorçunu öldürüblər.
İraq Terrorçularla Mübarizə Qüvvələri də Ər-Rəmadi şəhərində onlarla yaşayış mənzilini partlayıcı paketlərdən təmizləyiblər.