Tarix : 2016 Apr 18
Kod 48546

İŞİD-ın Mosuldəki mövqeləri məhv edilib

İraq ordusu qırıcı təyyarələri İŞİD terror qruplaşmasının Mosulun qərbində Təl-Əfər bölgəsindəki əlaqə və həssas mövqelərini hədəfə alıblar.
Arannews- İraq ordusu qırıcı təyyarələri İŞİD terror qruplaşmasının Mosulun qərbində Təl-Əfər bölgəsindəki əlaqə və həssas mövqelərini hədəfə alıblar. Nəticədə Mosulda İŞİD terror qruplaşmasının mövqeləri məhv edilib və çoxlu sayda terrorçu öldürülüb.
İraqdan əldə olunan digər məlumata əsasən, əl-Anbar Vilayəti Əməliyyat komandanı İsmayıl Məhlavi bildirib: İraq qüvvələri Ər-Rəmadinin şimalında yerləşən Cərayişi bölgəsində keçirdiyi əməliyyatda 4 terrorçunu öldürüblər.
İraq Terrorçularla Mübarizə Qüvvələri də Ər-Rəmadi şəhərində onlarla yaşayış mənzilini partlayıcı paketlərdən təmizləyiblər.


  • Yazılıb
  • da (də) 2016 Apr 18
  • Göndərən مدير سايت Aran News