Tarix : 2016 Apr 20
Kod 48548

Türkiyədə onlar nəfər həbs edilib

Türkiyənin polis məmurları Hizmet hərəkatı üzvlərindən yüzdən çoxunu həbs edib.
Arannews- Hizmet hərəkatı ilə əlaqə ittihamı ilə Türkiyədə həbs olunanların sayı artıb.
Türkiyədə Hizmet hərəkatı üzvlərindən daha on yeddi nəfərin həbs olunması ilə, bazar ertəsi günü Türkiyənin polis məmurlarının əməliyyatında bu hərəkatın üzvlərindən yüz beş nəfər həbs olunubdur.
Hərəkatın üzvləri Türkiyənin siyasi quruluşunu devirməyə səydə ittiham olunurlar.
Bu məlumata görə, həbs olunanlardan qırx nəfər "Bank Asya"nın işçilərindəndir və qırx beş nəfər də Türkiyə tacirlərindən sayılır.
Türkiyə prokurorluğu bildirib ki, 2004-cü ildən 2015-ci ilədək həbs olunanlar Hizmet hərəkatına on yeddi tam onda beş milyon dollarlıq maliyyə yardımı ediblər.
Həbs olunanlar habelə Türkiyə prokurorluğu tərəfindən terrorizmi himayəni təbliğ etməkdə ittiham olunurlar.
Bundan öncə bildirilmişdi ki, Türkiyənin polis qüvvələri səksən səkkiz nəfəri Hizmet hərəkatı ilə bağlı olmaq ittihamı ilə həbs ediblər.
Türkiyə dövləti 2013-cü ilin 17 və 25 dekabr əməliyyatlarının ardınca öz müxalifləri ilə mübarizə üzrə səylərini artırıbdır. 


  • Yazılıb
  • da (də) 2016 Apr 20
  • Göndərən مدير سايت Aran News