Tarix : 2008 May 26
Kod 4855

İLHAM ƏLİYEV KİYEVDƏ METYU BRAYZA İLƏ GÖRÜŞÜB

Az. R-da prezident seçkiləri ərəfəsində Amerika üzünün bu müsəlman ölkədəki istəklərinin icrası ardıcadır
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-nın prezidenti İlham Əliyev Kiyevdə Amerikanın dövlət katibinin enerji məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza ilə görüşüb.
Dey Az. Xəbər Agentliyinin bu gün verdiyi məlumata əsasən İlham Əliyev Ukraynaya səfəri əsnasında dünən Amerika dövlət katibinin enerji məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza ilə görüşüb. Iki ölkənin müxtəlif sahələrdəki əlaqələri, o cümlədən enerji məsələləri sahəsində Amerikanın rəsmi Bakı ilə əməkdaşlıqları barədə fikir mübadiləsi aparıbdır.
Bakı mediaları Az. R. prezidentinin Metyu Brayza ilə danışıqlarının mətnini ifşa etməkdən çəkiniblər. Amma ekspertlər bildiriblər ki, Az. R-da prezident seçkiləri ərəfəsində Amerika üzünün bu müsəlman ölkədəki istəklərinin icrası ardıcadır.
Aydındır ki, Amerikanın  İlham Əliyevə olan neft və siyasi tövsiyələri  və onların rəsmi Bakı tərəfindən icra edilməsi hər şeydən daha çox Vaşinqtonun Qafqaz məntəqəsindəki iştirakı və nüfuzunu günü-gündən artıra bilər.
Qeyd etmək lazımdır ki, Metyu Brayza Az. R-ı Ermənistan qarşısında istənilməz bir sülhə və Ermənistan qarşısında təslim olmağa sürükləməkdə əsas rola malikdir və onun azəri prezidenti ilə son görüşünə bu nöqtə nəzərdən də diqqət yetirmək lazımdır.
  • Yazılıb
  • da (də) 2008 May 26