Az. R-da prezident seçkiləri ərəfəsində Amerika üzünün bu müsəlman ölkədəki istəklərinin icrası ardıcadır
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-nın prezidenti İlham Əliyev Kiyevdə Amerikanın dövlət katibinin enerji məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza ilə görüşüb.
Dey Az. Xəbər Agentliyinin bu gün verdiyi məlumata əsasən İlham Əliyev Ukraynaya səfəri əsnasında dünən Amerika dövlət katibinin enerji məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza ilə görüşüb. Iki ölkənin müxtəlif sahələrdəki əlaqələri, o cümlədən enerji məsələləri sahəsində Amerikanın rəsmi Bakı ilə əməkdaşlıqları barədə fikir mübadiləsi aparıbdır.
Bakı mediaları Az. R. prezidentinin Metyu Brayza ilə danışıqlarının mətnini ifşa etməkdən çəkiniblər. Amma ekspertlər bildiriblər ki, Az. R-da prezident seçkiləri ərəfəsində Amerika üzünün bu müsəlman ölkədəki istəklərinin icrası ardıcadır.
Aydındır ki, Amerikanın İlham Əliyevə olan neft və siyasi tövsiyələri və onların rəsmi Bakı tərəfindən icra edilməsi hər şeydən daha çox Vaşinqtonun Qafqaz məntəqəsindəki iştirakı və nüfuzunu günü-gündən artıra bilər.
Qeyd etmək lazımdır ki, Metyu Brayza Az. R-ı Ermənistan qarşısında istənilməz bir sülhə və Ermənistan qarşısında təslim olmağa sürükləməkdə əsas rola malikdir və onun azəri prezidenti ilə son görüşünə bu nöqtə nəzərdən də diqqət yetirmək lazımdır.