Arannews- Yəmənin aparıcı Ənsarullah Husilər hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssalam bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatı Yəməndə bərqərar olunan atəşkəsi qoruya bilmədi.
BMT ən böyük beynəlxalq təşkilat olaraq, atəşkəsi pozanlara qarşı tədbirlər görə bilməyib.
Onun sözlərinə görə, Səudiyyə həmişə BMT-nin zəifliyindən sui-istifadə edir.
"Yəmən böhranının həll edilməsinin yeganə yolu siyasi dialoqdur. Səudiyyənin hava hücumları davam etdiyi müddətdə heçnə dəyişməyəcək", - deyə o bildirib.