Tarix : 2016 Apr 20
Kod 48555

İran və Rusiya Qarabağ problemini həl etmək üçün öz imkanlarından istifadə etməlidilər

Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.
Arannews- İran parlamentinin sədri Əli Laricani bildirib ki, İran və Rusiya gərək öz imkanlarından istifadə edərək, Qarabağ münaqişənin siyasi yol ilə həll olunması üçün Azərbaycan və Ermənistanı razı salsın. “Bizim nəzərimizi çəkən əsas məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında olan münaqişədir. Regionda kifayət qədər burulqanlıqlar və müharibələr var. Biz yeni bir müharibənin başlamasına mane olmalıyıq. Biz rusiyalı dostlarımızla  müharibə alovunun regionda yayılmamasını istəyirik. Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.” , – deyə Laricani bildirib.


  • Yazılıb
  • da (də) 2016 Apr 20
  • Göndərən مدير سايت Aran News