Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.
Arannews- İran parlamentinin sədri Əli Laricani bildirib ki, İran və Rusiya gərək öz imkanlarından istifadə edərək, Qarabağ münaqişənin siyasi yol ilə həll olunması üçün Azərbaycan və Ermənistanı razı salsın. “Bizim nəzərimizi çəkən əsas məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında olan münaqişədir. Regionda kifayət qədər burulqanlıqlar və müharibələr var. Biz yeni bir müharibənin başlamasına mane olmalıyıq. Biz rusiyalı dostlarımızla müharibə alovunun regionda yayılmamasını istəyirik. Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.” , – deyə Laricani bildirib.