Görüşdə iki ölkə əlaqələrinin yüksək səviyyəyə yüksəlməsinə toxunan Azərbaycan prezidenti...
Arannews- Azərbaycan prezidenti İran-Azərbaycan Müştərək İqtisadi komissiyasının iranlı sədri Mahmud Vaizini göstərdiyi səylərini alqışlayaraq onu Azərbaycanın Dostluq Ordeni ilə təltif edib.
İlham Əliyev bu gün səhər Mahmud Vaizi və onu müşayiət edən heyəti qəbul edib.
Görüşdə iki ölkə əlaqələrinin yüksək səviyyəyə yüksəlməsinə toxunan Azərbaycan prezidenti Azərbaycan-İran Müştərək İqtisadi Komissiyasının iranlı sədri cənab Mahmud Vaizinin döşünə Dostluq Ordeni taxıb.
Bu görüşdə Azərbaycan prezidenti Araz çayı üzərində sərhəddə körpünün inşasına başlanmasına toxunaraq bu körpünün əhəmiyyətini xatırladıb və deyib: Arxayınam ki, bu körpü ən qısa zamanda inşa olunacaq və iki ölkədən əlavə, regionun digər ölkələri də onun imkanlarından faydalanacaqlar.
İran və Azərbaycanın İqtisadi Müştərək Komissiyasının iranlı sədri Mahmud Vaizi də iki ölkə arasındakı əlaqələr və ikitərəfli və regional əməkdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıb və ümidvarlıq edib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə olan bu əməkdaşlıqlar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə genişlənəcək.