Tarix : 2016 Apr 21
Kod 48558

İran – Azərbaycan dəmir yolu körpüsünün təməli qoyulub

Təməlqoyma mərasimində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ...
Arannews- İran – Azərbaycan dəmir yolu körpüsünün təməli qoyulub.
Bu Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.
Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və eləcə də Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır.

 


  • Yazılıb
  • da (də) 2016 Apr 21
  • Göndərən مدير سايت Aran News