İran Azərbaycanla regionun stabilliyinin qorunmasında eyni fikrə malikdir və inanır ki, ölkələrin ərazi bütövlüyü rəsmən tanınmalıdır.
Arannews- İran İslam Respublikası və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyalarının rəhbərləri ötən anlaşmaların icra olunması prosesinin araşdırmaqla yanaşı əməkdaşlıqların inkişafının yeni yolları sahəsində fikir mübadiləsi aparıblar.
Jurnalistlərin iştirakı olmadan keçirilən bu iclasın sonunda iki tərəfin komissiya sədrləri jurnalistlərə ikitərəfli əməkdaşlıqlar səviyyəsi barədə açıqlamalar veriblər.
Mahmud Vaizi İranın Azərbaycanla əlaqəsini bütün sahələrdə strateji əlaqə adlandırıb və əlavə edib: Regional məsələlər hər iki tərəf üçün önəmlidir və biz bu sahədə yaxın əlaqəyə malikik.
Dağlıq Qarabağ münaqişəsinin müzakirə yolu ilə həllini vurğulayan iranlı nazir deyib: İran Azərbaycanla regionun stabilliyinin qorunmasında eyni fikrə malikdir və inanır ki, ölkələrin ərazi bütövlüyü rəsmən tanınmalıdır.
Vaizi həmçinin iki tərəfin bütün anlaşmalarının icra olunması üzrə ticarət dövriyyələrinin artırılmasından razılıq edib.
Azərbaycan və İran İqtisadi Müştərək Komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayev də 2016-cı ilin ilk 3 ayında ötən ilin oxşar vəziyyəti ilə müqayisədə iki tərəfin ticarət dövriyyəsinin 53% artmasına diqqət çəkərək deyib: Hazırda Azərbaycanda müxtəlif sahələrdə 439 şirkət fəaliyyət göstərir.
Rəşt-Astara dəmiryolunun inşasında Azərbaycanın iştirak edəcəyini bildirən Mustafayevin sözlərinə görə, bundan əlavə Naxçıvan-Culfa, Təbriz-Məşhəd və Tehran dəmiryolunun çəkilməsində də iştirak etmək ardıncayıq.
Azərbaycanın iqtisadiyyat naziri iki tərəfin əməkdaşlıqlarını yaxşı adlandırıb və deyib: Kənd təsərrüfatı, avtomobilqayırm, dərman istehsalı və turizm sahələrində də əməkdaşlıqlar genişlənəcəkdir.