Tarix : 2016 Apr 21
Kod 48561

Azərbaycanda Həzrət Əlinin (ə) mövludu münasibətilə tədbirlər keçirilir

Azərbaycan respublikasinin bir çox rayon və şəhərlərində İmam Əlinin (ə) mövludu münasibəti ilə bayram tədbirləri keçirilib.
Arannews- Rəcəb ayının 13-də dünya müsəlmanları Əmirəl-möminin Həzrət Əlinin (ə) mövludunu qeyd edir. 
Azərbaycan respublikasinin bir çox rayon və şəhərlərində İmam Əlinin (ə) mövludu münasibəti ilə bayram tədbirləri keçirilib. 
Tədbirlər müqəddəs kitabımız Qurani-Kərimdən ayələrin oxunması ilə açıq elan edilib.
Daha sonra məclislər din alimlərinin xütbələri ilə davam etdi. Tədbir iştirakçıları çıxış edərək Həzrət Əlinin(ə) ali məqamı, yüksək dərəcəsindən danışdılar, Onun din uğrunda apardığı misilsiz mücadilədən söz açdılar.  Məclisi daha da zinətləndirmək üçün tədbirlərdə ilahi nəğmələrdə səsləndirilib. Sonda məclis iştirakçılarına İmamın adına açılmış ehsan süfrəsi açılıb.




  • Yazılıb
  • da (də) 2016 Apr 21
  • Göndərən مدير سايت Aran News