Lənkəran ruhanilərini kim həbs etdirib? Hacı Sədi yoxsa əxlaqsızlığı ilə tanınan axund?!
AranNews- Bir neçə gün öncə Lənkəranda baş vermiş əməliyyat zamanı bir neçə dindar və ilahiyyatçı ruhani Qismət İsayev saxlanılıb.
Redaksiyamıza daxil olan məlumatda bu hadisələrin səbəbkarı kimi, QMİ-nin cənub zonası üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədinin və onun Hz Əbəlfəzl (ə) Abbas məscidinə təyin etdiyi, qadınlarla mədrəsədə əxlaqsızlıq edən Ramiz Əlifov adlı axundun adı hallanır. Gələn məlumatda bildirilir ki, Lənkəran sakinləri sözügedən axundun mədrəsədə (Hüseyniyyədə) etdiyi əxlaqsızlıq ucbatından məsciddə imam qalmasına etiraz ediblər.
Xatırladaq ki Ramiz adlı axund, gecələr mədrəsədə qadınları gətirərək onlarla əxlaqsızlıq etdiyi, rüşvətə halal dediyi və toyda oynamasını əks etdirən video kadrlar mediada geniş yayılmışdı.
Bütün bunlara baxmayaraq Ramiz adlı şəxs hələ də orada imamlıq edir.
Mediya numayəndələrinin bir neçəsi Lənkəranda olmuş, aidiyyatı qurumlarla görüşmüş və cümə namazında iştirak edərək oradakı abu-havanı yaxından izləmişdir və məlum olmuşdur ki, redaksiyamıza daxil olan şikayət və məlumatların əkəsəriyyəti öz əksini tapır. Hətta orada olarkən, bir mübahisənin də yaxından müşahidə edib sizə çatdırmışdıq. Lənkrəran sakinləri sadə bir şeyi istəyirlər. Mədrəsədə utanmadan əxlaqsızlıq edən axundun oradan uzaqlaşdırılması və mədrəsənin fəaliyyətinin bərpası.