Tarix : 2016 Apr 22
Kod 48566

Ayətullah Amili: Vəhhabilik 40 sualıma cavab versə vahabi olaram + Audio

Ərdəbilin imam cuməsi: Bu gün pul diplomatiyası islam əməkdaşlıq təşkilatının alnında bir ləkədir.
AranNews- Ayətullah seyid Həsən Amili Təbrizin Ayətullah Əngəci məscidində əsil Məhəmməd islamının sekular təfəkkürlə ziddiyyətdə olduğunu bildirərək demişdir: "Sekularistlər inanırlar ki, məscid və hüseyniyyələrdə fəaliyyət göstərən adam cəmiyyət və iqtisadiyyatda heç bir rol oynaya bilməz. Bu, dinin siyasətdən ayrı olması fikridir. O davam etdirmişdir: insanda şəxsiyyət yaratmayan eşq və məhəbbət kafirlik, itaətlə nəticələnməyən ibadət isə həvəsdən başqa bir şey deyildir. Ərdəbil imamcüməsi dinin bütün dirəklərinin ilahi qeyrəti təcəssüm etdirdiyini deyərək bildirmişdir: ilahi qeyrətin insanı ləyaqətsiz adamın sərəncamına vermədiyi kimi milləti də qurdların ixtiyarına verməz.
O artırmışdır: Allah, insanın zəlilliyinə dözməz. Çünki biz Allahdanıq. Allahın rəbb olduğunu qəbul etməyən adam bəndəlik sahəsindən qovular. Xibrələr məclisinin üzvü Al-Səudun Yəməndəki cinayətlərinə işarə edərək demişdir: dünyanın ucqar nöqtələrində minlərlə uşağın canını alanlar və islam konfransında etiraz etmək cəsarəti göstərə bilməyən bir vali belə, Allah ümidilə hamisi getməlidir.
O xatırlatmışdır: dünyanın bu günkü qüdrət sahibləri heç kimin qarşısında cavabdeh olmurlar, biri onları məhəkəməyə cəlb edə bilmir. Amma bir gün gələcək ki, ilahi qeyrət meydana gəlib dünyanı aqibət-bexeyr edəcəkdir.
Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi Suriyada olmasaq qəddar bir ordu İraqa girər deyə bildirmişdir: düşmən 50 milyon İŞİD hazırlamışdır ki, imkan yarandıqda şiələrin qanını töksünlər.
O demişdir: mən vahabiliyə 40 sual vermişəm. Cavab versələr vahabi olaram. Bu gün pul diplomatiyası islam əməkdaşlıq təşkilatının alnında bir ləkədir. Açıqca görürük ki, bəzi ölkələr qərb və sionist rejimin mənafeyini təmin etmək əzmindədir. əxlaqiyyat ustadı Ərdoğanın Suriya siyasətini tənqid edərək bildirmişdir: rəvayətlərə əsasən İmamzamnın zühuru çox yaxınlaşıb və həmin rəvayətlərə əsasən ilahi qeyrət İraqda Suriya və İraqa təcavüz edən türklərlə mübarizə aparacaqdır.
O, izah etmişdir ki, bu rəvayətin hədəfi rumilərlə müttəfiq olan türk başçılarıdır. Çünki türklərin bəsirət və qeyrətləri misilsizdir. əllamə Tabatabi və Əmini kimi türk şəxsiyyətləri bizim şərəfimizdir. Islam tarixində onların analoqu yoxdur.
Ayətüllah Amili axır zaman fitnələrini izah edərək demişdir: rumluların (dünya imperializminin) islam ölkələrinə mədəni və siyasi istilası zühur fitnələrinin sonuncusu və ən çətini olacaqdır. Bu fitnədə küçələrdə pis işlər görüləcək və hiləgərliklər üzə çıxacaqdır.
O artırmışdır: dəccal, dünya imperializmi və hiləgərlik təcəssümüdür. Dəccalın övladı vələdüzzinadır və islam ölkələrini pulsuz satırlar. Ərdəbil imamcüməsi qərbin İrana qarşı insan hüquqları ittihamlarına işarə edərək bildirmişdir: kaş xarici işlər nazirliyi işçilərindən olaydım və Avropa birliyi ittihamlarına dəlil – sübutla və hücum xarakterli cavab verəydim.
O açıqlamışdır: qərblilərin insan hüquqları sahəsindəki tabelləri o qədər ayıbdir ki, İranda insan hüquqlarının pozulması iddiasını irəli sürməsələr yaxşı olardı."

  • Yazılıb
  • da (də) 2016 Apr 22
  • Göndərən مدير سايت Aran News