Arannews- Bəhreynin İnsan Haqları Mərkəzinin verdiyi xəbərə görə, bu ölkədə son bir həftə ərzində, yəni cari ilin Aprel ayının 11-dən 19-dək 22 nəfər siyasi və ictimai aktivist həbs edilmişdir.
Bəhreynin İnsan Haqları Mərkəzi vurğuladı: Diktator rejim olan Ali Xəlifə silahlı və təhlükəsizlkik qüvvələri ölkədə son bir həftə ərzində, yəni cari ilin Aprel ayının 11-dən 19-dək 22 nəfər siyasi və ictimai aktivist həbs ediblər ki, bu həbs edilənlərdən bir nəfəri 18 yaşdan aşağı yeniyetmədir.
Bu mərkəz elan etdi ki, bu həbslərin çoxu qeyri qanuni olaraq mənzillərə hücum etmək və heç bir yazılı göstəriş olmadan həyata keçirilir.
Bəhreynin İnsan Haqları Mərkəzi həbs edilənlərdən yeddi nəfərinin barəsində çıxarılmış hökmə işarə edərək dedi: Bu 7 nəfər məhbusa ümumilikdə 36 il iş kəsilib və qalan 14 nəfər üçün isə ümumilikdə 130 il iş kəsilmişdir.
Bu mərkəz öz hesabatında bildirir ki, son həftə ərzində Bəhreyndə xalq 26 regionda 45 dəfə etiraz aksiyası keçirib. Ali Xəlifə muzdurları və hərbiçiləri 3 aksiyanı zorla dağıdıblar.