Tarix : 2016 Apr 21
Kod 48570

İŞİD terrorçuları cinayətlərini davam edir

terrorçular kimyəvi silahdan istifadə edirlər.
Arannews- İŞİD terrorçuları Mosulun ətrafında yerləşən Əbu Dəşit məntəqəsinə kimyəvi başlıqlara malik raketlərlə zərbələr endiriblər.
Bu birinci dəfə deyil ki, terrorçular öz hücumlarında kimyəvi silahdan istifadə edirlər.
İraqdan daxil olan bir başqa məlumata görə, İraq ordusunun komandanlarından olan Əbdülmöhsün Abbasi deyib: Ordu və xalq qüvvələrinin son əməliyyatları zamanı İraqın qərbində yerləşən əl-Ənbar vilayətində, əl-Kərimə məntəqəsinin şimalında yerləşən bir neçə kənd işğaldan azad edilib.
Bu əməliyyat zamanı "Dəfsə" adı ilə tanınan İŞİD terrorçu dəstə başçısı Yasin Xəlifavi və bir sıra digər tanınmış terrorçu öldürülüb.
Həmçinin, İŞİD terrorçularına məxsus bir neçə silah anbarı və hərbi təchizat qənimət olaraq ələ keçirilib.


  • Yazılıb
  • da (də) 2016 Apr 21
  • Göndərən مدير سايت Aran News