Arannews- Suriyalı qaçqınların sözlərinə görə, türk əsgərləri silahsız qaçqınlara durmadan atəş açıblar. Türkiyəyə daxil olmağa nail olan Əbdu-Munəm adlı qaçqın bu barədə deyib: “Mərmilərdən biri az yaşlı qız uşağına tuş gəldi. Biz onu xilas edə bilmədik. Bundan əlavə bir yaşlı kişi və qadın da itgin düşüb. 100 nəfər yaralı Suriyanın Əzaz şəhərində olan xəstəxanaya köçürüldü.”